Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) İqtisadi Əməkdaşlıq və Ticarət üzrə direktoru Elizabet Tuerk ilə görüşüb.
Newscenter.az xəbər verir ki, KOBİA nümayəndə heyətinin Cenevrəyə səfəri çərçivəsində keçirilmiş görüşdə Agentliyin fəaliyyəti haqqında məlumat verilib, bizneslərin davamlılığının təmin edilməsinə, onların yaşıl iqtisadiyyatda roluna, KOB-ların innovativ inkişafına, dövlət-özəl sektor tərəfdaşlığına dair fikir mübadiləsi aparılıb.
Mehman