Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab Prezident, 44 günlük müharibədə olduğu kimi, tikinti-quruculuq-bərpa işlərini də, qəlbində hədsiz Vətən sevgisi ilə həyata keçirir

Cənab Prezident, 44 günlük müharibədə olduğu kimi, tikinti-quruculuq-bərpa işlərini də, qəlbində hədsiz Vətən sevgisi ilə həyata keçirir


“Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim VƏTƏNİMİZ nə qədər gözəldir. Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir, təsəvvür edin, təkcə bu istiqamətdə. Mən hələ Füzuli-Şuşa istiqamətini, digər istiqamətləri, Horadiz-Ağbənd istiqamətini demirəm. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü- Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək,-o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarıma,- çox rahatlıqla Göygöldən Murovdağın altı ilə, insanlar gəlib quracaqlar, yaşayacaqlar. Eyni zamanda Qubadlı-Laçın avtomobil yolunun nşası ilə göstəriş verilibdir. Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Qubadlı-laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni bu yol əsasdır”.

Bu fikirləri Prezident İlham Əliyev, Laçın şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra səsləndirmişdir.

Ermənilərin xarabazara çevirdikləri vətən torpaqları addım-addım cənnətə çevrilir. İcra olunan hər bir layihə ən yüksək standartlara cavab verir və gələcəkdə orada məskunlaşacaq vətəndaşlarımızın, rahatlıqla, az vaxt sərf etməklə mənzil başına çatmalarını təmin edəcəkdir.

Bütün bunları dünya birliyi görür, etiraf etməsələr belə, kimin qurucu, kimin vəhşi olduğu tam açıqlığı ilə bəllidir. Cənab Prezident, 44 günlük müharibədə olduğu kimi, tikinti-quruculuq-bərpa işlərini də, qəlbində hədsiz Vətən sevgisi ilə həyata keçirir.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş