Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova estoniyalı həmkarını erməni təxribatı barədə məlumatlandırıb

Jalə Əhmədova estoniyalı həmkarını erməni təxribatı barədə məlumatlandırıb


Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Jalə Əhmədova Estoniyadan olan həmkarı, Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterlə onlayn formatda görüş keçirib.

Newscenter.az xəbər verir ki, bu barədə facebook sosial şəbəkə hesabında məlumat verən Jalə Əhmədovanın sözlərinə görə, görüş zamanı estoniyalı həmkarını 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribatlar və itkilərimiz barədə bilgiləndirib:

“İşğaldan azad edilmiş ərazilərində genişmiqyaslı tikinti və bərpa işləri aparan Azərbaycanın Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində səylər göstərdiyini, Ermənistanın isə bunun tam əksi olaraq özünün destruktiv mövqeyi və hərbi təxribatları ilə sülh prosesinə ardıcıl şəkildə zərbə vurduğunu qeyd etdim”.

Millət vəkili qeyd edib ki, regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayan Estoniya Riigikoqunun üzvü Sven Sester, şəhidlərimiz ilə bağlı Azərbaycan xalqına başsağlığını çatdırıb: “Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq Sven Sesterə dərin təşəkkürümü bildirirəm”.

Ruhiyyə
Xəbəri paylaş