Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri beynəlxalq forumda müasir dövrdə demokratiyanın vəziyyətindən danışıb

QHT sədri beynəlxalq forumda müasir dövrdə demokratiyanın vəziyyətindən danışıb


İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov 21 Sentyabr 2022-ci il tarixində öz işinə başlayan 10-cu Qlobal Birbaşa Müasir Demokratiya Forumunun işinə qatılmışdır. İsveçrənin Luçern şəhərində keçirilən Qlobal forumda yerli hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, beyin mərkəzləri, media və gənclər təşkilatlarının nümayəndələri iştirak edir.

Newscenter.az xəbər verir ki, forumda demokratiyanın dünyada hazırki vəziyyəti, uzləşdiyi çağırışlar, rəqəmsallaşma, müasir texnologiyalar və sosial şəbəkələrdən istifadənin demokratiyanın inkişafına töhfəsi kimi mövzular müzakirə olunur. Çıxışlarda Luçern şəhərinin dialoq və əməkdaşlıq məkanı olduğu qeyd edilmişdir.

Forumda çıxış edən Vüqar Əhmədov müasir dövrdə demokratiyanın vəziyyəti, üzləşdiyi çağırışlar, gənclərin demokratik inkişaf quruculuğunda iştirakı və rolu mövzularına toxunmuşdur. Qarşıdakı günlərdə iştirakçılar yerli idarəetmədə demokratiyanın tətbiqi, yerli demokratiyanın qlobal demokratiyaya təsiri, rəqəmsallaşma dövründə vətəndaş cəmiyyəti üçün demokratik iştirakçılıqda açılan yeni imkanlar, iqlim dəyişiklikliyi, vətəndaş iştirakçılığı və digər bu kimi mövzular müzakirə olunacaq.

Forum çərçivəsində Vüqar Əhmədov İsveçrə və digər ölkələrin beyin mərkəzləri, siyasi və düşüncə mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirmiş və fikir mübadiləsi aparmış, gələcək tərəfdaşlıq imkanlarını nəzərdən keçirmişdir. Qeyd edək ki, Forum öz işini 25 sentyabr, 2022-ci il tarixinə kimi davam etdirəcək. Forum çərçivəsində İsveçrənin Luçern şəhərində keçiriləcək yerli hökumət seçkilərinin müşahidəsi və digər şəhərlərə səfərlər nəzərdə tutulur. Qeyd edək ki, səfər Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Xəbəri paylaş