Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Açıq desinlər hədəf, məramlarını bilək-İLQAR ALTAY

Açıq desinlər hədəf, məramlarını bilək-İLQAR ALTAY


"Zəngəzur-Göycə dövləti" söhbəti neçə gündü sosial şəbəkəni məşğul edib. Amma ki, diqqət yetirəndə məna-məntiq görmürsən. Ona görə, qısaca yazaq həmvətənlərin bu ideyası barədə.

Bu ideyanın müəllifləri irəli çıxıb bir açıq-aydın camaata izah versinlər, burada məqsəd nədir? Əgər bu məsələnin arxasında Azərbaycanımız, millətimiz üçün xeyir, birlik, güclənmə durursa və bu cür addım yalnız bir, ictimai-siyasi gediş, görüntü xarakterlidirsə bu başqa, açıq desinlər hədəf, məramlarını bilək. Bəlkə, dəstək verdik.
Yox, əgər doğurdan xəyal da olsa, Azərbaycan böyründə daha bir azərbaycan türkü dövlətini yaratmaq məqsədi varsa, onda suallar yaranır.

Bilirik ki Zəngəzurlu, İrəvanlı Ermənistan ərazisi bizim tarixi Azərbaycanın dədə-baba xanlığıdır. Dünya düzəni də, beynəlxalq hüquqla və siyasi tanınma ilə rəsmi dövlətlərə, ərazilərə bölünüb. Və bu ərazilərdə də Ermənistan dövləti yaranıb, bütün dünyanın və bizim də, rəsmi tanıdığımız.

İndi tutaq ki, sabah dünya düzəni aləm qarışdı, ermənilər lap Hindistana köçüb getdi və İrəvan Zəngəzur, Göycəli Ermənistanı bizə təhvil verdi. Onda nə olacaq, Azərbaycana birləşməyib təzə "Zəngəzur-Göycə-İrəvan" dövlətimi yaranacaq? Birisi gün də, İran parçalansa, təzə Azərbaycan dövləti yaranacaq. Və sonra da təzə bir Borçalı dövləti. Bəs bu, birlik, bütövləşmə harda qaldı? Bu absurdluqla yan-yana, sırayamı düzüləcək, azərbaycanlıların dövlətləri? Budurmu bizlərin, Azərbaycan türkünün birlik, dövlət təfəkkürü?!

İkinci sual. Azərbaycan Respublikası vətəndaşı, bu ölkənin imkanlarından yararlanan və eynilə də, bu dövlət və xalq qarşısında öhdəlikli şəxs, necə, ikinci bir dövlət yaratmaq barədə planlar, ideyalar qurur və üstəlik konkret addımlar atır? Və düşünmürmü ki, belə, xülya mahiyyətli boş, mənasız hay-küydən düşmənlər istifadə edib, vətəndaşı olduğu ölkəyə ciddi ziyan vura bilər?

Suallar yenə var, ancaq burada dayanaq və bu 'ideya' sahibləri də, biraz dayanıb, düşünsünlər.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş