Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyəti ilə Dövlət Vergi Xidmətinin nümayəndələri arasında görüş keçirilib

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyəti ilə Dövlət Vergi Xidmətinin nümayəndələri arasında görüş keçirilib


Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyəti ilə Dövlət Vergi Xidmətinin nümayəndələri arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, Dövlət Vergi Xİdmətinin əməkdaşları ilə görüşdə AFRA İdarə Heyətinin sədri Fərid Novruzi, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini və vergi orqanlarının ölkəmizin inkişafında əhəmiyyətini vurğuladı. Son illərdə sahibkarlıq sahəsində həyata keçirilən şəffaflaşdırma siyasətinin, xüsusi vergi güzəştlərinin tətbiqinin isə sahibkarlıq sahəsinin inkişafına əlavə təkan verdiyini qeyd etdi.

Görüş zamanı əsasən malların idxalı zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlət verilməsi, elektron ticarət platformalarından sifariş olunan mallar və onları gətirən karqo şirkətləri üzərində nəzarətin gücləndirilməsi, idxal olunan uşaq geyimlərinə tətbiq edilən ƏDV-nin yumşaldılması ilə bağlı təkliflər səsləndirildi.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri Dövlət Vergi Xidmətinin əməkdaşlarına həmçinin noyabr ayında Bakı şəhərində Ticarət Festivalının (Shopping Festival) keçirilməsi niyyətində olduqlarını bildirərək, ticarət festivalı zamanı xüsusi vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxılmasını təklif etdilər.

Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən bildirildi ki, geyim idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə belə görüşlərin keçirilməsi və Assosiasiya ilə qarşılıqlı əməkdaşlıq davam etdiriləcəkdir.
Xəbəri paylaş