Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buzovna qəsəbəsinin Abşeron küçəsində təmir işləri davam edir-VİDEO

Buzovna qəsəbəsinin Abşeron küçəsində təmir işləri davam edir-VİDEO


Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Buzovna qəsəbəsində Abşeron küçəsi, döngə 21 ünvanında aparılan təmir işləri davam edir.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1500 metr, eni isə ortalama 6 metr təşkil edir.

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt örtük frezlənib, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılıb.

Hazırda ərazidə yeni yol əsasının inşası və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri aparılır.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.



Sevinc
Xəbəri paylaş