Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya yeni çiçəklənən, inkişaf edən Qarabağla qarşılacaq

Dünya yeni çiçəklənən, inkişaf edən Qarabağla qarşılacaq


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Laçına səfər etməsi və orada Azərbaycan bayrağını dalğalandırması öz-özlüyündə mühüm əhəmiyyət kəsb edən və hər bir azərbaycanlıda sevinc, qürur hissi yaşadan hadisədir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “OLAYLAR”-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, dövlət başçısının Laçına səfəri həm də Laçında quruculuq-abadlıq işlərinin yeni mərhələsinin başlanğıcı deməkdir:

“Təsadüfi deyil ki, Cənab Prezident Laçından qayıdan kimi orada müasir infrastrukturun, şəraitin yaradılması istiqamətində əlavə bir neçə sərəncam imzaladı. Dövlət başçısının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən sözügedən kəndlərin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrıldı. Eyni zamanda Cənab Prezident Laçında məktəb binalarının tikintisi üçün də vəsait ayırdı. Həm indiyə qədər görülən işlər, həm də dövlət başçısının imzaladığı sərəncamlar əsasında həyata keçiriləcək quruculuq-abadlıq işləri Laçına yeni nəfəs, yeni həyat gətirəcək”.

Arzuman Muradlı deyib ki, Laçında müasir standartlar cavab verən yolların çəkilməsi də tezliklə burada dinamik inkişafın baş verəcəyini deməyə əsas verir:

“Beləliklə, digər işğaldan azad edilən ərazilərimizdə olduğu kimi, Laçında da dövlət başçısının nəzarəti və himayəsi altında həyata keçirilən quruculuq-abadlıq işləri fonunda dünya yeni çiçəklənən, inkişaf edən Qarabağla qarşılacaq”.
Xəbəri paylaş