Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: “İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi”

Sədaqət Vəliyeva: “İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi”


Bu il xalqımız Azərbaycan tarixinin ən şərəfli günlərindən biri və parlaq qələbəmizə gedən yolun başlanğıcı olan 27 sentyabr – Vətən müharibəsinin başlandığı günün ikinci ildönümünü qeyd edir. Tarixə əbədi həkk olan və 44 gün davam edən Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistanı ağır məğlubiyyətə uğradaraq, düşmənlərimizi doğma torpaqlarımızdan qovdu və Azərbaycannın ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda Azərbaycan İkinci Vətən Müharibəsində qazandığı qələbə ilə özü, təkbaşına beynəlxalq hüququ və ədaləti bərpa etdi. Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı Ordumuz tərəfindən istifadə olunan döyüş taktikası dünya hərb tarixinə yenilik olaraq həkk oldu və dünyanın bir çox aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salındı. Həmçinin ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatların öyrənilməsinin zəruriliyini qeyd etmişlər.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bu gün hər bir Azərbaycanlı qalib Azərbaycan dövlətinin vətəndaşı olduğu üçün fəxr və qürur hissi keçirir:

"Əlbəttə bütün bunlar ölkə başçımız, möhtərəm prezindentimiz cənab İlham Əliyevin zərgər dəqiqiliyi ilə hesablayaraq həyata keçirdiyi müdrik, uzaqgörən, inkşafa və tərəqqiyə hesablanmış siyasətin nəticəsində mümkün olmuşdur. Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən illər ərzində digər sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində həyata keçirilən effektiv, müdrik siyasət və Silahlı Qüvvələrdə aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən qüdrətli və nizamlı orduları sırasındadır".

Deputat diqqətə çatdırıb ki, ölkəmizdə hər zaman şəhid ailələri, qazilər və müharibə iştirakçıları Azərbaycan prezidenti cənab İlham Əliyevin və dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar:

"Müvafiq kateqoriyadan olan şəxslərin sosial şəraitinin yüksəldilməsi istiqamətində cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən bir çox tədbirlər həyata keçirilmiş, qanunlar qəbul edilmiş və sərəncamlar imzalanmışdır. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına olan diqqət və qayğı dünya ölkələrinə nümunədir".

Sədaqət Vəliyeva onu da deyib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir:

"Əminliklə demək olarki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa-quruculuq və infranstruktur layihələri nəticəsində bu ərazilər qısa müddətdə cənnətə çevriləcək və ümumilikdə bölgənin hərtərəfli inkişafında mühüm rol oynayaraq ölkəmizin gücünə güc qatacaq: Allahdan bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfalar diləyirəm. Uca Tanrı bizlərə qələbələr bəxş edən, bizi qalib xalqa çevirən Ali Baş Komandanımız cənab İlham Əliyevi və Müzəffər Azərbaycan Ordusunu qorusun!”

Ruhiyyə
Xəbəri paylaş