Hər bir ölkədə gənclər mühüm rola malik potensial qüvvə hesab olunur. Gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və hərbi həyatında göstərdikləri güclü aktiv fəaliyyətləri ilə zəngin bazadırlar. Bu gün Azərbaycan gəncliyi də cəmiyyətdə tutduğu fəal mövqeyi və çevikliyi ilə seçilir. Azərbaycanımızın gələcəyi olan gənclər inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Ümummilli liderimiz Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərirdi və deyirdi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik." Bəli, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub.
Bu gün qürurla demək olar ki, gənclərimiz elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına öz layiqli töhfələrini verirlər. Gənclərimiz milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçilik ənənələrimizin dünyada tanıdılmasında səy və bacarıqlarını təsdiqləyir, qəhrəmanlığın, vətənpərvərliyin təbliğ olunmasında böyük işlər aparır və cəmiyyətin inkişafı istiqamətində ciddi addımlar atırlar. Azərbaycan əsgəri yayın qızmarında, qışın sazağında səngərlərdə Vətənin müdafiəsində dayanıb, Vətəninin ərazi bütövlüyünü qoruyur, düşmən işğalında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın verəcəyi əmrə hazırdır. Heydər Əliyev hər zaman gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin formalaşmasını dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. "Ulu Öndərin potensial güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Gənclərimizə böyük ümidlər bəsləyən Ümummilli Liderimiz həmişə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün əsas amal ölkəmizin formalaşan gənclər ordusunu gələcəyə aparmaqdır. Şübhəsiz, bu belə də olacaq. Çünki Azərbaycan gəncliyi dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sabah yeni uğurlar qazanmağa daha yaxındır." Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz Müzəffər Ali Baş Komandanımız və Azərbaycan gənclərinin dəmir yumruq ətrafında birləşərək göstərdikləri rəşadəti sayəsində Şanlı Zəfər qazanaraq yurdumuzun ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”
Məhz Azərbaycan Prezidentinin gənclər siyasətinin uğurlu olamasının nəticəsi idi ki, elə Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclik tarixi qələbəmizin əldə olunmasında digər nəsillərlə bərabər əvəzssiz rol oyandı. Bu gün də istər idarəetmə sahəsində, istərsə də ölkəmzin sosial-iqtisadi, elmi-mədəni və ictimai həyatında gənclər aparıcı rol oynamaqdadırlar ki, bu da xalqımızın gələcək inkişafının təmin olunmasında, azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır. Azərbaycanda güclü vətənpərvər gənclər nəsli formalaşıb
Ardıcıllıqla həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edərkən ölkəmizdə vətənpərvər gənclər nəslinin formalaşmasını məmnunluq hissi ilə qeyd edə bilərik. Bu gün Azərbaycan gəncləri sərhədlərimizin qorunmasında, ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıqlar göstərirlər. Gənclərimizin Vətən sevgisini qürur hissi ilə nəzərə çatdıran Prezident İlham Əliyev “Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur”, - deyə vurğulayıb.
Güloğlan Cabbarlı-Dübya və Avropa çempionu