"Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur".
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - məlumatda qeyd edilib.