Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı insident zamanı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Bu barədə Newscenter.az “Shamshyan.com”a istinadən xəbər verir.
Məlumata görə, atışma Malatiya-Sebastiya inzibati rayonunda, Serentsi küçəsində yerləşən qızıl bazarının arxasındakı anbarda olub.
Hadisə yerinə gələn polis əməkdaşları burada bir kişi meyiti aşkarlayıb. İnsident zamanı xəsarət alan daha 1 nəfərə ilkin tibbi yardım göstərilib və o, tibb mərkəzinə aparılıb.
Ərazidə çoxlu sayda tüfəng, tapança patronları və qan izləri aşkarlanıb.
Polis və istintaq şöbəsi ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Faktla bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.
Hadisə yerində həmçinin üzərində güllə izləri olan “Lexus” və “Mercedes” markalı avtomobillər aşkar edilib.