Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənin təxribatçılarının əməlləri beynəlxalq cinayətdir və mütləq cəzası verilməlidir-İQBAL MƏMMƏDOV

Ermənin təxribatçılarının əməlləri beynəlxalq cinayətdir və mütləq cəzası verilməlidir-İQBAL MƏMMƏDOV


44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə düçar olmuş Ermənistan hələ də təxribatçı və təcavüzkar siyasətindən əl çəkə bilmir. Düşmən sərhəd bölgələrində genişmiqyaslı təxribatlar törədir və həmçinin erməni icmalarının Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı basqınlar edilir. Ermənistanın törətdiyi bu əməllər bölgənin gələcəyinə və sabitliyinə zərbə vurur. Görünən odur ki, Azərbaycanın dəmir yumruğundan Ermənistan dərsini yaxşı almayıb və ona öz yerini yenidən göstərmək lazımdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistanın təxribatları onların təfəkküründə heç nəyin dəyişmədiyini göstərir. Beyni zəhərlənən qarşı tərəf öz məkrli niyyətlərindən əl çəkmir, vandal xislətlərini nümayiş etdirməkdə davam edirlər. Amma belə təxribatlarla, avantürist və nadan əməllərlə nəyə isə nail olmaq mümkün deyil.

“Qarşı tərəfin növbəti belə təxribatı yenə də Fransada baş verib. Erməni lobbisinin üstünlük təşkil etdiyi ölkələrdən biri olan Fransada yaşayan icma üzvləri Azərbaycan Mədəniyyət Mərkəzinin binasına hücum etməyə cəhd ediblər. Təxribat törətməyə cəhd edən “Nor Seround” radikal erməni qrupunun məqsədi UNESCO yanında Azərbaycan Milli Komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan tarixi və mədəni irsinin dağıdılmasına həsr edilmiş konfransın keçirilməsinə mane olsa da, cəhdin qarşısı alınıb.

Beynəlxalq qurumlar Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoymağa çağırmalı və onu sülhə sövq edilməsi istiqamətində səylərini artırmalıdırlar. Bununla bağlı əməli addımlar atılmalıdır. Çünki erməni təxribatı nəticəsində xaricdə yaşayan Azərbaycan vətəndaşlarının həyatı təhlükə altına düşür. Radikal erməni qruplarının cinayətkar hərəkətləri yolverilməzdir. Müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdır”, - deyə İ.Məmmədov vurğulayıb.

Deputat bildirib ki, bu günlərdə Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına hücum edən radikal erməni qrup üzvlərinin əməlləri ilə bağlı artıq cinayət işi başlanıb. Qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək və müharibəyə təhrikçilik məqsədilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə zidd olaraq 2022-ci il sentyabrın 22-də Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına zorla daxil olmağa cəhd etmələrinə, əllərindəki silah qismində istifadə etdikləri əşyalarla inzibati binaya və ətraf əraziyə maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Cinayət varsa, cəzası da var. Ermənin təxribatçılarının əməlləri beynəlxalq cinayətdir və mütləq cəzası verilməlidir. Ermənistan üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, tezliklə rəsmi şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Zəngəzur dəhlizinin açılmasına və bu istiqamətdə işlərin yüksək səviyyədə davam etdirilməsinə şərait yaratsa yaxşı olar. Qarşı tərəf təxribatlar törətmək əvəzinə regionda sülhün, davamlı inkişafın bərqərar olunmasına çalışmalıdır.
Xəbəri paylaş