Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi-siyasi yolla Ermənistanın bütövlükdə demilitarizasiyaya məcbur edilməsi şərtdir-DEPUTAT

Hərbi-siyasi yolla Ermənistanın bütövlükdə demilitarizasiyaya məcbur edilməsi şərtdir-DEPUTAT


Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutması nəticəsində daha 3 hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyi bildirir ki, yaralı hərbiçilərimizin həyatı üçün təhlükə yoxdur. Düzdür, ötən gecə düşmən susdurulub, amma Ermənistanın təxribatları davam etməyəcəyi zəmanəti varmı? Yaxud bu cür nə qədər davam edə bilər? Qəbul etməliyik ki, İrəvan mövcud ritorikanı davam edib təcavüzkar niyyətindən əl çəkmədikcə bölgədə təhlükəsizlik təhdid altında qalacaq.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O bildirib ki, bu mənada, sentyabr təxribatlarından 10 gün keçməmiş Ermənistanın təkrar fəallaşması da İrəvana qarşı yeni hərbi məcburetmə tədbirlərini bir daha zərurətə çevirir:

"Artıq hərbi-siyasi yolla Ermənistanın bütövlükdə demilitarizasiyaya məcbur edilməsi şərtdir. Çünki beynəlxalq hüquqa uyğun davranacağı təqdirdə heç bir qonşusundan təhdid gəlməyəcəyi üçün Ermənistanın hərbi qüvvələrə, o cümlədən də silahlanmasına ehtiyac yoxdu. Əksinə, ordunun mövcudluğu və İrəvana edilən hərbi yardımlar Ermənistanı bölgədə sülh və sabitlik üçün təhlükəyə çevirir. Ona görə də Ermənistan Silahlı Qüvvələri tamami ilə tərkisilah edilib buraxılana qədər məcburetmə tədbirləri davam etməli, sonrakı dövrlərdə də İrəvana ordu quruculuğu, yaxud digər formada hər hansı döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan olunmalıdır. Bir sözlə, regionun sabit gələcəyi və əməkdaşlıq mühiti naminə, Ermənistanın hərbisizləşdirilməsi hüquqi rejiminin alternativi yoxdur".

Mehman
Xəbəri paylaş