Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran təxribatçı bəyanatlarından əl çəkməlidir-VAQİF ABDULLAYEV

İran təxribatçı bəyanatlarından əl çəkməlidir-VAQİF ABDULLAYEV


Hörmətli FB izləyicilərim, 44 günlük Zəfərlə başa çatan Vətən müharibəsindən sonra dəfələrlə İran İslam Respublikasının Azərbaycana qarşı haqsız və ədalətsiz mövqeyinin və təxribatçı bəyanatlarının şahidi olmuşuq. Son günlər İranın müxtəlif dövlət rəsmilərinin ölkəmizə qarşı səngiməyən məntiqsiz bəyanatları fonunda bu məsələyə öz münasibətimi bildirmək qərarına gəldim.

Yaxın qonşu hesab etdiyimiz İranın Ermənistanı hansı yüksək səviyyədə dəstəklədiyini həmişə görmüşük. İranın əvvəlki rəhbərliyi açıq aşkar Ermənistana yardım edirdi, maddi və hərbi-texniki dəstək göstərirdi. Vətən müharibəsində öz ərazi bütövlüyünü və sərhədlərini bərpa edən Azərbaycanın bölgədəki vəziyyəti büsbütün dəyişməsindən sonra İranda hakimiyyətə gəlmiş yeni rəhbərlikdən çox şey gözləyirdik. İnanırdıq ki, Rəisi hakimiyyəti bölgə ilə bağlı siyasətində əsaslı dönüş yaradacaq, təəssüf ki, bunun əksini görməkdəyik.

Tehran rejimi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasına, sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanmasına, bölgədə komminikasiyaların açılmasına deyil, sülhün pozulmasına və vəziyyətin gərginləşməsinə, erməni təxribatlarının alovlanmasına yönəlik siyasət yürütməkdədir. Erməni terror qruplarına havadarlıq etməklə İran açıq tərəf tutduğunu, öz dinindən olan Azərbaycana qarşı sanki xəyanətkar, az qala düşmən simasını nümayiş etdirir.

Sual olunur, “Qafqazda sərhədlərin dəyişdirilməsi qırmızı xəttimizdir” kimi mənasız bəyanatlar verən İran Azərbaycanla öz arasındakı 132 kilometr dövlət sərhəddini 30 il ərzində işağlda saxlayan, Azərbaycanın sərhədlərinin zorla dəyişdirilməsinə çalışan Ermənistanın bu təcavüzkar siyasətinə niyə Bəyanat vermirdi?

İslamın dini dəyərlərini alçaldan, müqəddəs məscidlərini təhqir edərək donuz saxlayan Ermənistana ərzaq, qida, yanacaq, geyim və silah vermək İslamım qırmızı xəttini tapdalamaq deyilmi?

Fars rejimi anlamır ki, Azərbaycan öz tarixi dövlət sərhədlərini bərpa etmək istəyir və beynəlxalq səviyyədə tanınmış sərhəd hüdudlarının dəqiqləşdirilməsinə heç kimin qarışmaq, sərhəd delimitasiyası üzrə iki ölkənin işlərinə müdaxilə etmək və sarsaq bəyanatlar vermək haqqı yoxdur.

İranın Sərhəd Mühafizəsi Azərbaycanla dövlət sərhəddində, Xudafərin rayonu ərazisində, Azərbaycan-İran sərhəddində ölkəmizin Sərhəd Zastavası tərəfindən narkotik malların və digər qaçaqmalçılıq cəhdlərinin qarşısının alınmasına siyasi rəng qataraq ziddiyətli bəyanat verir. Azərbaycanın Sərhəd Qoşunlarının öz qanuni hüquqları çərçivəsində tədbirlər görməsi niyə Tehran tərəfindən bu cür qarşılanmalıdır? Bu bəyanatın özü elə İranın qırmız xətti aşmasıdır.

Bu gün regionda Azərbaycan-Türkiyə qardaşlığı fonunda yeni siyasi xəritə formalaşır, Zəngəzur dəhlizinin yaranması ilə ən çox İranın və Ermənistan üçün dünyaya geniş qapısı açılır. Ancaq bü cür əlverişli imkanları, yeni siyasi coğrafiyanı Turan Birliyi kimi qəbul edən Fars rejimi özünün necə də xain və məkrli olmasını biruzə verir. Axı, bu kommunikasiyaların qovuşduğu ölkələrin demək olar ki, hamısı müsəlman ölkələridir. Müsəlman birliyi və həmrəyliyini belə nadürüst davranış sərgiləyən Tehran rejimi bununla da bir daha İslamdan uzaq və hansı xislətin sahibi olduğunu göstərir.

Sonda onu da qeyd etmək istərdim, İranda sabitlik onsuz da pozulub və xalq rejimim yaramaz siyasətini, qırmızı cizgini ayaq altına alıb.

Tehran unutmamalıdır ki, İranda yaşayan 40 milyon azərbaycanlı bu gün hökumətin yürütdüyü anti-Azərbaycan və ermənipərəst siyasətindən çox narahatdır, ayaq üstədir, ələxsus da son günlərdə Fars rejiminə qarşı yüz minlərlə insanın kəskin etirazları və nifrətinin artması, rejimi istefaya səsləməsi molla tayfasını dərindən düşündürməli, düşdüyü qəflətdən ayıltmalıdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş