Sentyabrın 24-də Heydərabad şəhərinin salınması ilə əlaqədar 19-lar Təşəbbüs Qrupunun iclası keçirilib. İclasa "Milli İnkişaf" İctimai Birliyinin rəhbəri, iqtisad elmləri doktoru, professor Arzuman Muradli sədrlik edib. Qarabağda Araz çayı boyunca Heydərabad şəhərinin tikilməsi barədə ölkə prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətin əhəmiyyətindən danışılıb.
Newscenter.az-a Təşəbbüs Qrupundan bildirilib ki, iclasda Heydərabad şəhərinin layihəsi, tikilməsi zərurəti, maliyyəsi, tarixi, siyasi-iqtisadi əhəmiyyəti ətrafında geniş müzakirə aparılıb, hazırda bu istiqamətdə mövcud olan vəziyyət barədə iclas iştirakçılarına məlumat verilib. İclasda həmçinin Qarabağda Heydərabad şəhəri adlı məlumat kitabçasının təqdimatı keçirilib.
Qeyd edək ki, Araz çayı ətrafı və Füzuli Hava Limanı yaxınlığında Heydərabad şəhərinin salınması təşəbbüsü "Milli İnkişaf" İnctimai Birliyinin üzvü Rövşən Qəmbər tərəfindən irəli sürülüb.
NEWSCENTER.AZ