Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb farsyönlü gücləri hərəkətə gətirməklə, İranda yaşayan soydaşlarımızı kölgədə saxlamağa çalışacaq

Qərb farsyönlü gücləri hərəkətə gətirməklə, İranda yaşayan soydaşlarımızı kölgədə saxlamağa çalışacaq


Avropa Parlamentinin nümayəndə heyəti, bir neçə gün öncə, ABŞ -da yaşayan devrilmiş İran şahının oğlu, Rza Pəhləvi ilə görüşüb. Görüşün məqsədi və İranda baş verən hadisələrlə eyni vaxtda baş tutması heç də təsadüfi ola bilməz.

Newscenter.az xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Çingiz Şahbazi deyib ki, bu görüş, Qərbin İranda baş verən hadisələri nəzarətdə saxlamasını və maraqlı olduğunu göstərir:

"Hətta, görüşün mahiyyətinə nəzər salsaq görərik ki, Qərb, artıq vəziyyətə gələcəkdə istədiyi kimi istiqamət vermək üçün, bu kimi görüşlərdən istifadə edir. Bu da təəccüblü deyil ki, Qərb məhz farsyönlü gücləri hərəkətə gətirməklə, İranda yaşayan soydaşlarımızı kölgədə saxlamağa çalışacaq. Bu hal Rza Pəhləvi ilə görüşdən də bəlli oldu. Bu da o anlama gəlir ki, Qərbin İranda baş verənlərə münasibəti, məhz İranın ərazi bütövlüyü çərçivəsində dəstək verəcəyi gözlənilir. Sözsüz ki, soydaşlarımız olub bitənlərdən kənarda qalmayacaq".

Ekspert hesab edir ki, İranda yaşayan soydaşlarımız baş verən hadisələrin tam mərkəzində yer ala da bilər:

"Amma butün bu olub bitənlərin nəticəsində, bölgədə daha bir türk dövlətinin qurulmasına səbəb olacaqdır kimi, düşünmək yanlışdır. Çünki, Qərbin İrandan istədiyi bu deyil, heç insan haqları, azadlıq falan da deyil. Burda əsas amil kimi enerji resurslarını göstərmək olar".

Mehman
Xəbəri paylaş