Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb


Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan milli komandanın məşq prosesini izləyib.

Newscenter.az xəbər verir ki, bu barədə federasiya prezidenti Rəşad Nəbiyev facebook sosial şəbəkə hesabında məlumat paylaşıb. Məşqçilər heyəti ACF rəhbərinə mundiala yollanacaq idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məlumat verib.

R.Nəbiyev idmançılara qarşıdakı yarışda uğurlar arzulayıb və ölkəni layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

Qeyd edək ki, dünya çempionatı 6 - 12 oktyabrda olacaq.

Oruc
Xəbəri paylaş