Rusiyadan səfərbərlik səbəbiylə Azərbaycana gəlmək istəyənlərlə bağlı diqqətli bir yanaşma izləmək lazımdır.
Təbii ki, Azərbaycan dövləti Rusiyadan gəlmək istəyən ikili vətəndaşlığı olan Azərbaycanlılara lazımi inzibati və texniki imkanları yaratmalıdir. Bu çərçivədə xüsusi ucuz reyslər və ehtiyaca görə quru sərhədindən keçişlər üçün qapıları xüsusi formatda açmaq olar.
Ancaq Azərbaycanli olmayan Rusiya vətəndaşlarının ölkəyə gəlməsinə imkan vermək həm qısa, həm orta, həm də uzun vədədə çox ciddi, iqtisadi, sosial, siyasi və təhlükəsizlik problemləri yaradacaqdır.
Nə kimi problem yarada bilər? sualı üçün ən yaxşı nümunə kimi Suriyalıların Türkiyəyə gəlməsinin yaratdığı problemləri göstərmək olar. Gürcüstana 500 min adam getdiyi deyilir, bizə də o qədər gələcəyini düşünsək böyük risklər var.
Əvvələ, çox tərəfli bahalaşma olacaq. Ölkədə onsuz da bahaçılıqdır, bir də bir neçə 100 min Rusiya vətəndaşı gəlsə bunun yaradacağı bahaçiliq əhalinin güzəranını çox pisləşdirəcək.
İkinci, bir müddət sonra yerli Azərbaycanlılar ilə gələn Rusiyalılar arasında sosyal ve məişət mahiyyətli gərginliklər baş verəcək. Bir də erməni kəşfiyyatının bu işlər üçün maraqlı olduğunu nəzərə alın.
Üçüncüsü, bu gələn adamların içerisində başda erməni kəşfiyyatı olmaqla hansısa xarici məxfi orqanlarla əməkdaşlıq edənlərin də ola biləcəyini və bunun ölkədə terör və diversiya hərəkətləri törətmə təhlükələri nəzərə almaq lazımdır.
Bu cür adamlardan cəmi 100 nəfər olsa belə ölkədə böyük milli təhlükəsizlik problemi yaratmağa bəs edər.
Dördüncü, sabah burada bu Rusiya vətəndaşları ilə gərginliklər olanda bunu Rusiyadakı Azərbaycan əleydari dairələrin fəal istifadə edəcəyini və Kremlin Azərbaycan siyasətinə neqativ təsirə səbəb olacağını da nəzərə almaq lazımdır. O zaman Kremlindən "Ölkənizdəki Rusiya vətəndaşlarına niyə yaxşı davranmırsız?" motivli təzyiqlər gələndə şaşırmayın. Hələ bizdən siyahi ilə əsgər qaçaqlarını tələb etsələr al sənə hər tərəfli problem. Verməsən Rusiya ilə bir gərginlik daha. Verəcəksən beynəlxalq qınaq və miqrantarla gərginlik yaşayacaqsan.
Beşincisi, Ukrayna müharibəsinin nə qədər davam edəcəyini bilmrik. Bu Rusiya vətəndaşlarının çox az bir hissəsi müxtəlif manialar səsbəbiylə başqa ölkələrə gedə bilər. Yeqin ki, xeyli hissəsi Rusiyaya da qayıda bilməyəcəklər, cünki ya müharibəyə apara bilərlər ya da həbs var. Dolayısyla geri qalanı qalacak uzun müddət Azərbaycanda. Bir müddət sonra sizdən rus dili istəyən şirkətlər onlara rəsmi iş icazəsi alacaqlar. Bəziləri qeyri rəsmi işləyib işsizliyi daha da artıracaqlar. Bir də Rus mafyası ilə ələqəli olanlar da olacaq aralarında.
Altıncı, bir müddət sonra bütün beynəlxalq təşkilatlar bu Rusiyalı miqrantlara şərait yaratmaq üçün tökülüşəcəklər üstümüzə. Erməni diasporası da dünyanın hər yerində bu işi qaşıyacaq!!! Hələ bizə inteqrasiya üçün pul da təklif edəcəklər ki, bunlar Avropaya, ABŞ-a və s. gəlməsin!!!
Unutmayaq demoqrafiya ilə zarafat etmək olmaz. İnanmayan bir də Qafqaza yerləşən ermənilər nümunəsini xatırlasın!!!
Nazim Cəfərsoy-Siyasi elmlər fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini