Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Toy və yas mərasimləri ləğv edilməlidir

Toy və yas mərasimləri ləğv edilməlidir


Azərbaycanda islahatların vacib olduğu sahələrdən biri də toy və yas mərasimləri ilə bağlıdır. Artıq israfçılıq nəticə etibarilə vətəndaşın zərərinə olan bir biznes növüdür.

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, buradan qazanan ancaq restoran və yas mərasimləri evlərinin sahibləridir:

"Müasir Qərb ölkələri ilə Azərbaycanı müqayisə etsək, qeyd etməliyəm ki, ölkəmizdə bununla bağlı acınacaqlı durum var. Hansısa güclər xalqın bu tələbatı üzərində manipulyasiya edərək böyük biznes şəbəkəsini qura bilib. Cəmiyyət səviyyəsində kimsə başqasından geri qalmamaq yarışına çıxır. Vətəndaşlar hətta bankdan kredit götürərək həmin şadlıq saraylarında böyük sayda insanı əhatə edən məclislər təşkil edirlər. Bunu toy biznesinin vətəndaşlar üçün neqativ nəticələrinə misal olaraq göstərilə bilərik".

Əli İbrahimov bildirib ki, Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsində pandemiya dövrünün müsbət nəticəsi olub:

"İllərdir ki, inzibati resurslarla qarşını ala bilmədiyimiz toy mərasimləri pandemiyanın diktə etdiyi şərtlər nəticəsində öz məzmununu və formasını dəyişməkdədir. Düşünmürəm ki, bu sahədə çox ciddi dəyişikliklər olmalıdır".

Mehman
Xəbəri paylaş