Xaçmaz rayonunda kişini elektrik cərəyanı vurub.
Newscenter.az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Üçgün kəndində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.
M.Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.