Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun genişləndirilməsi layihəsinin icrasına baxış keçirilib

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun genişləndirilməsi layihəsinin icrasına baxış keçirilib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına baxış keçirib.

Newscenter.az Agentliyə istinadən xəbər verir ki, “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 39.8-82.2-ci km-lik (42.4 km) Zəyəm-Qırılı hissəsində tikinti işləri artıq yekunlaşdırılıb.

Layihənin 39.8 km-lik 1-ci, Gəncə-Zəyəm hissəsi üzrə tikinti işləri isə bitmək üzrədir. Sözügedən hissədə işlərin fiziki tərəqqisi 93% təşkil edir. Layihənin 47.95 km-lik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin tikintisi davam etdirilir.

Ümumilikdə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.

Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov avtomobil yoluna baxış zamanı yol infrastrukturu layihəsinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.

Qeyd edək ki, layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.



Sevinc
Xəbəri paylaş