Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabad və Saatlıda 18 200 manatlıq qanunsuz ağac və kol bitkiləri kəsilib

Cəlilabad və Saatlıda 18 200 manatlıq qanunsuz ağac və kol bitkiləri kəsilib


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Cəlilabad və Saatlı rayonlarının ərazilərində ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Newscenter.az bildirib ki, araşdırma zamanı ağac və kol bitkilərinin Cəlilabad rayonunda “Encom Construction” QSC, Saatlı rayonunda isə fiziki şəxs Rasif Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 18 200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Onun sözlərinə görə, faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Baş Prokurorluğuna göndərilib.
Xəbəri paylaş