Bu gün, sentyabrın 26-da Ukraynanın Rusiyanın nəzarəti altında olan Krım yarımadasında güclü partlayış baş verib.
Newscenter.az-ın məlumatına görə, “Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, ətrafda partlayış səsləri eşidilib.
Rəsmi qurumlar hələ ki, məlumatla bağlı açıqlama verməyib.
Xatırladaq ki, bir ay əvvəl, avqustun 28-də də Krımda partlayış baş vermişdi.