Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlnadda Vətənb müharibəsi şəhidlərini anım tədbiri keçirilib

Niderlnadda Vətənb müharibəsi şəhidlərini anım tədbiri keçirilib


Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlılarının Konqresi, (BAK) şəhidlərimizin anım gününə həsr edilmiş mərasim keçirib.

Newscenter.az-a BAK-ın mətbuat xidmətindən bildirilib ki, mərasim, Rotterdam şəhərində yerləşən “Qarabağ” idman klubunun ofisində baş tutub.

Mərasim, öz işini şəhidlərin ruhunun bir dəqiqəlik sükutu edilməsi ilə başlayıb. Sonra, Azərbaycan Respublikasının Dövlət himni səslənib.

44 günlük müharibəyə həsr edilən filmin nümayişindən sonra, iştirakçılar çıxış ediblər.

Hər bir iştirakçını qəhərləndirən şəhidlərimizin şücaəti anılıb, ruhlarına dualar oxunub.

Məclisə, bu ölkədə yaşayan Azərbaycan və türk icma və dərnəklərinin nümayəndələri də qatılıblar.

Azərbaycan Niderland “Odlar Yurdu” Cəmiyyətinin üzvləri, Hollanda Batı Trakya Türk Kültür və Dayanışma Dərnəyinin başkanı İbrahim Paşalı və üzvləri, Hollanda Azərbaycan Türk Kültür dərnəyinin nümayəndələri və digərləri qatılıblar.
Çixişlardan sonra iştirakçılar ehsan süfrəsinə dəvət olunublar.



Mehman
Xəbəri paylaş