Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib

Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib


Azərbaycan bu gündən başlayaraq oktyabrın 14-nə qədər Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 26 növbəti Səlahiyyətli Konfransında iştirak edəcək.

Newscenter.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdən əvvəl - ötən gün “Hər kəs üçün daha yaxşı rəqəmsal gələcəyin qurulması” mövzusu üzrə nazirlər səviyyəsində dəyirmi masa keçirilib. Dəyirmi masaya Azərbaycandan nazir Rəşad Nəbiyev, eləcə də Avstraliya, Kanada, Fransa, Yaponiya, Koreya, İspaniya, Portuqaliya, İsveç daxil olmaqla 40-a yaxın ölkənin nümayəndələri qatılıb.

Tədbirdə çıxış edən Azərbaycan rəsmisi rəqəmsal bərabərsizliyin aradan qaldırılması, hər bir kəsin rəqəmsal xidmətlərə çıxışının təmin olunması və bərabər öyrənmə, inkişaf imkanlarının yaradılmasının vacibliyi haqqında danışıb. O, bu məsələdə 2 amilin - əlverişlilik və səmərəliliyin rol oynadığını vurğulayıb.

Nazir bildirib ki, Azərbaycanda rəqəmsal transformasiya üçün müvafiq infrastrukturun ölkənin ucqar ərazilərində də inkişaf etdirilməsi məqsədilə dövlət-özəl sektorunun tərəfdaşlığına münbit şərait yaradılıb: “Mərhələlərlə həyata keçirilən layihə sayəsində ölkədə 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olunacaq”.

O, ölkəmizdə rəqəmsal transformasiya üçün daha təhlükəsiz mühitin təmin edilməsi, internetə əlçatanlığın artırılması üçün səmərəli olan mobil internet şəbəkəsinin də inkişafına önəm verildiyini diqqətə çatdırıb.

Sevinc
Xəbəri paylaş