Sentyabrın 12-də gecə saatlarında Ermənistanın Azərbaycanın suveren ərazisində törətdiyi təxribatlar dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanılır və qəti pislənilir. Həmçinin dünyanın bir çox tanınmış kütləvi informasiya vasitələrində Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar ətraflı şəkildə işıqlandırılmışdır. Xarici mətbuat orqanlarında Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra imzaladığı üçtərəfli Bəyanatda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qeyd edilir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Erməni təxribatlarına növbəti haqlı münasibət Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupundan bildirilib. Beləki, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın törətdiyi təxribat hücumları ilə bağlı bəyanat yayıb. İşçi qrupunun sədri Bob Bləkmən tərəfindən verilən bəyanatda bildirilib ki, Ermənistan 13 sentyabr 2022-ci il tarixində Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar törədib. Eyni zamanda bəyanatda heç bir səbəbi və əsası olmayan bu hücumların günahsız mülkü şəxslərə, infrastruktura, Azərbaycan ordusuna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren sərhədlərinə qarşı yönəldiyi qeyd olunur:
"Bundan başqa Bəyanatda Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə hesab verməli olduğu xüsusi qeyd edilərək, erməni təcavüzünün dərhal dayandırılmasını tələb etmək üçün digər xalqlara qoşulmaq çağırışı edilir və əsassız hərəkətlərini davam etdirdiyi müddət ərzində Ermənistana qarşı sanksiyaların irəli sürülməsi tələb edilir. Bütün bunlar bir daha göstərir ki, Ermənistan dünyada terror dövləti, götürdüyü öhdəlikləri yerinə yetirməyən, heç bir inam və etimadın olmadığı dövlət kimi tanınır və regionda sülhə təhdiddir. Artıq dünya ictimaiyyəti Ermənistanın törətdiyi təxribatları açıq şəkildə pisləyərək xəbərdarlıq edir ki, bu təxribatlar davam edərsə Ermənistanı sanksiyalar gözləyir. Ermənistan hakimiyyəti və revanşist qüvvələr bilməlidir ki, Ermənistan bu cür təxribatlarla öz sonunu yaxınlaşdırır. Dalana dirənmiş və hər bir sahədə böhranın hökm sürdüyü Ermənistanda revanşist qüvvələrin şəxsi mənafeləri naminə əl atdığı bu təxribatlar Ermənistanı dünyada daha da rəzil vəziyyətə salıb. Yaxşı olardı ki, Ermənistan hakimiyyəti təxribatlara əl ataraq öz ölkələrini dünyada terror dövləti kimi tanıtmaq və biabır etmək əvəzinə təxribatlara son qoyaraq öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Ermənistanın mövcud ağır vəziyyətdən və rəzillikdən yeganə çıxışı yalnız bu halda mümkündür. Əks halda Ermənistan heç bir halda beynəlxalq məsuliyyətdən və sanksiyalardan boyun qaçıra bilməyəcək.”
Ruhiyyə