Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" rəhbəri Mübariz İbrahimovun ev muzeyini ziyarət edib

"Azəriqaz" rəhbəri Mübariz İbrahimovun ev muzeyini ziyarət edib


SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edib.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, Ruslan Əliyev muzeydə yaradılan şəraitlə tanış olub, şəhidin atası ilə görüşüb.

Ruslan Əliyev Mübariz İbrahimovun valideynlərinin qayğıları ilə maraqlanıb. Birlik rəhbəri bu cür milli ruhda övlad tərbiyyə etdiyi, böyütdüyü üçün şəhidin valideynlərinə bir daha təşəkkür edib. Ruslan Əliyev görüş zamanı bildirib ki, şəhid ailələrinin xidmətində durmaq hər birimizin mənəvi borcudur.
Xəbəri paylaş