Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda avtomobildən 17 min manat pul oğurlanıb

Bakıda avtomobildən 17 min manat pul oğurlanıb


Bakıda avtomobildən 17 min manat pul oğurlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17 250 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş