Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın buzqıran gəmisi

Paşinyanın buzqıran gəmisi


Levon Ter-Petrosyan Ermənistan daxili siyasətində xüsusilə də Azərbaycan və Türkiyə mövzularında Paşinyanın buzqıran gəmisi rolunu oynayır.

Petrosyanın daha əvvəl ölkə prezident kimi ən ali vəzifəyə yüksəlmiş olması, Ermənistan milli hərəkətinin lideri olması, ən mühümü Qarabağ işğalının onun vaxtında həyata keçməsi və hakimiyyətdən də Qarabağ klanı tərəfindən göndərilməsi ona Ermeni xalqı önündə bu cür davranmaq üçün lazımi mənəvi, psixoloji və siyasi imkanları verməktədir.

Çünki heç kim zamanında Qarabağı işğal edən bir lideri indi Qarabağ xəyanətində günahlandıra bilməz. Günahlandiranlar da ciddi qəbul edilməz.

Çünki heç kim Ermənistanı müstəqilliyə aparan və müstəqil dövlət quran Ermənistan Milli hərəkatının liderini dövlətçiliyə xəyanətdə günahlandıra bilməz. Günahlandiranlar da ciddi qəbul edilməz.

Çünki heç kimsə ölkədə ən ali və zamanında ən güclü vəzifə olan prezident kürsüsünə çıxmış birini hakimiyyətə yanaşaraq siyasi kürsü tutmaq istəməkdə günahlandıra bilməz. Günahlandiranlar da ciddi qəbul edilməz!!!

Heç kimsə müstəqillik bəyannaməsinə soyqırımı və Türkiyə ərazi iddialarını qoyan bir siyasi lideri və prezidenti Türkiyəyə satılmaqda ittiham edə bilməz. Günahlandiranlar da ciddi qəbul edilməz!

Paşinyan komandası ve Ermeni dərin ağlı kimə nəyi dedirtmək lazım olduğunu yaxşı bilir!!!

Nazim Cəfərsoy-Siyasi elmlər fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini
Xəbəri paylaş