Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai dinləməsi təxirə salınıb

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai dinləməsi təxirə salınıb


Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olmaqdadır və qanun layihəsi üzərində iş davam edir.

Newscenter.az xəbər verir ki, həmçinin, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb. Prosesin gedişi haqqında əlavə məlumat veriləcək.

Arzu
Xəbəri paylaş