Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan enerji əməkdaşlığına dair Yol Xəritəsini müzakirə edib

Azərbaycan və Özbəkistan enerji əməkdaşlığına dair Yol Xəritəsini müzakirə edib


Azərbaycan və Özbəkistan enerji əməkdaşlığına dair Yol Xəritəsinin icrasını müzakirə edib.

Newscenter.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində Özbəkistan energetika nazirinin birinci müavini Azim Ahmedxacayev ilə görüşü zamanı bildirib.

"Özbəkistan energetika nazirinin birinci müavini Azim Ahmedxacayev ilə çoxşaxəli enerji əməkdaşlığına dair Yol Xəritəsi|nin icrasını müzakirə etdik. Özbəkistanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcək gündəliyimiz var”, - bunu P. Şahbazov özünün "Twitter" hesabında yazıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclası çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir P. Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş