Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən Qubadlı rayon sakini Ş.Qəhrəmanov aşkarlanaraq saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.
Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.