Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Tovuz rayonları ərazilərində ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkarlanıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Newscenter.az-a bildirib ki, araşdırma zamanı yaşıllıqların İsmayıllı rayon sakini Rəşid İsmayılov, Tovuz rayon sakini Nabil Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 10820 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
O qeyd edib ki, faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.