Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtkin düşən Yevlax sakininin meyiti tapılıb

İtkin düşən Yevlax sakininin meyiti tapılıb


Yevlax rayonunun Havarlı kənd sakini, bir neçə gün öncə itkin düşən 1991-ci il təvəllüdlü Mahmudov Ramin Elxan oğlunun meyiti tapılıb.

Newscenter.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, onun meyiti Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən transformatorun içərisindən yanmış vəziyyətdə aşkarlanıb.

Meyit tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, R.Mahmudovun valideynləri bir neçə gün öncə övladlarının itkin düşməsi barədə Yevlax Rayon Polis Şöbəsində müraciət etmişdilər. Onun əqli cəhətdən qüsurlu olduğu bildirilib.
[related-news] [/related-news]