“Bu ilin altı ayında 17 528 nəfər heyvan dişləməsinə görə müraciət edib”.
Newscenter.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.
Onun sözlərinə görə, bunun da 3 743 nəfəri Bakının payına düşür.
Şöbə müdiri bildirib ki, ümumilikdə 14 900 nəfəri it, 2 015 nəfəri pişik, 233 nəfəri siçovul, yerdə qalanları isə digər heyvan növləri dişləyib: "Bu günədək insanlar arasında heç bir quduzluq halı aşkarlanmayıb".