Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yumruq qarşısında heç bir təcavüz davam gətirə bilməz

Dəmir yumruq qarşısında heç bir təcavüz davam gətirə bilməz


«Ermənistanın sərhəd təxribatları səngimək bilmir. Bunun fonunda Ermənistan rəhbərliyinin gah Amerikadan, gah da Fransadan Qarabağımız barədə müxtəlif böhtanlarını və təhdidlərini eşidirik. Bu tərəfdən də Moskvadan regiona göndərilən nümayəndə heyətlərinin intensivliyi artıb. Nə baş verir? Ərazi bizim, qələbə bizim, qərar bizimdir».

Newscenter.az xəbər verir ki, bu fikirləri Azad Vətən Partiyasının sədri Akif Nağı səsləndirib. O bildirib ki, biz güclüyük, dürüstük, başlıcası isə birliyimiz var:

«Dəmir yumruq qarşısında heç bir təcavüz davam gətirə bilməz. Fransa Ermənistan-Azərbaycan sərhədinə vəziyyəti araşdırmaq üçün nümayəndə heyəti göndərmək fikrinə düşüb. Hansı ağıl və hüquqla, məlum deyil! Azərbaycan haqq yolundadır və hər bir problemini özü yoluna qoymaq gücündədir».

Partiya sədri bildirib ki, problem Ermənistanın revanşist siyasətindədir:

«Bu ölkə ağıla gəlmir, erməni siyasi rəhbərliyi sülh siyasəti aparmağın gərəkliliyini başa düşmür, yüz fransız nümayəndəsi regiona gəlsə də faydası olmayacaq. Hər kəs bilməlidir ki, bizim hədəfimiz vaxtilə bizdən zorla qoparılmış torpaqlarımızın geri qaytarılmasıdır».

Mehman
Xəbəri paylaş