Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətçiliyimizin simvolu

Dövlətçiliyimizin simvolu


Cənab Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Ümummilli Liderimizin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.

Sərəncam Ulu öndərimizə dərin hörmət və məhəbbətin ifadəsi olmaqla, Onun zəngin dövlətçilik irsinə, Şəxsiyyətinə verilən mühüm töhfə kimi qiymətləndirilə bilər.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın Xilaskarı olmuşdur.

Birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrinin, milli ruh və milli ideologiyanın sovet imperiyası tərəfindən məhv edilməsinin qarşsını almış, milli kimliyimizi qoruyub saxlamış, Azərbaycançılıq ideologiyasını inkişaf etdirmişdir.

Müstəqilliyini bərpa edən Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsinin qarşısı da məhz Ulu öndərin Xilaskarlıq missiyası sayəsində alınmışdır.

Heydər Əliyev aramsız davam edən təcavüzkar Ermənistanın işğalçılıq planlarının da qarşısını aldı, atəşkəsə nail olaraq peşəkar nizami Milli Ordumuzun formalaşmasını təmin etdi.

Ulu öndər Azərbaycanın dünyadakı haqq səsi idi, beynəlxalq tribunalarda əzmkar çıxışlarla və prinsipial xarici siyasət yürütməklə Ermənistanın faşist simasını dünyaya təqdim edibdir.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlyi ilə erməni faşizmini məhv edən Rəşadətli Silahlı Qüvvələrin banisi də Ulu Öndərdir.

Ümummilli liderin qurub-yaratdığı və əmanət etdiyi müasir, müstəqil

Azərbaycan möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi altında zəngin, qüdrətli dövlətə çevrilibdir.

Sonda onu da qeyd etmək istərdim ki, davamlı olaraq Ulu öndərimizin zəngin fəaliyyətini əks etdirən silsilə yazılarlarla çıxış etmişəm.
2019-cu ildə “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” adlı kitabım nəşr olunmuş, Atatürk Mərkəzində tanınmış ictimai-siyasi xadimlərin və elm ictimaiyyətinin iştirakı ilə kitabın təqdimat mərasimi keçirilmişdir.

Bu gün də qürur və fəxarətlə Ulu öndərin və Onun Layiqli varisi Cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən elmi-siyasi-analitik yazılarla çıxış edirəm.

Hər bir azərbaycanlı kimi fəxr edirəm ki, Onun əbədiyaşar Ümummilli lideri vardır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş