Azərbaycanın Finlandiyadakı səfiri Zaur Əhmədov bu ölkənin Prezidenti Sauli Niinistö ilə görüşərək etimadnaməsini təqdim edib.
Newscenter.az xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.
“Mən Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə etimadnaməmi təqdim etmək şərəfinə nail oldum. Azərbaycanı Finlandiyada təmsil etməkdən şərəf və qürur duyuram”, - səfir sosial şəbəkə hesabında yazıb.