Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb

Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb


“44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində qızıl hərflərlə həkk olunub və əbədi yaşayacaq. Bu 44 günün hər günü bir tarixdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Hər il 27 sentyabr tarixinin respublikamızda Anım Günü kimi qeyd ediməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğlandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Xalqımız bu günü böyük fəxarət hissi ilə qeyd edir”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib.

Rəşadət Xalıqov bildirib ki, Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycan gəncliyinin də həyatında yeni bir mərhələ başlatdı. Vətən müharibəsi Azərbaycan gəncliyini dünyaya tanıtdı. Bu gün gənc nəsil cəmiyyət həyatının bütün sahələrində mühüm rol oynayır.

“Gənclər ordunun qazandığı zəfəri daim bilik, quruculuq əzmi ilə davam etdirir, möhkəmləndirir və əbədi edir. Azərbaycan Prezidentinin gənclərimizə ən əsas çağırışlarından biri də vətənpərvər olmaq, mümkün qədər çox biliklərə yiyələnmək, müasir dünyamızın çağırışlarına uyğunlaşmaq, amma bütün bunlarla yanaşı, milli köklərdən də heç zaman qopmamaq, Azərbaycanın maraqlarını qorumaqdır. Cənab Prezident 27 sentyabr tarixində Füzuli rayonunda çıxışı zamanı qeyd etdiyi kimi, hər birimiz özümüzə söz verməli, and içməliyik ki, müstəqilliyimizin keşiyində əbədi duracağıq, ərazi bütövlüyümüzüz keçiyində əbədi duracağıq. Ona görə də bir daha düşmənin başını qaldırmasına imkan verməməli, bütün təhdidlərə qarşı sinə gərməliyik. Vətənimiz Azərbaycana, xalqımıza sadiq və layiqli olmaq hər birimizin borcudur.”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.

Rəşadət Xalıqov diqqətə çatdırıb ki, bizlər xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Cənab Prezidentin vurğuladığı kimi, biz bu tarixi hadisənin şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər:

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”

Mehman

Xəbəri paylaş