Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib

Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, BŞİH başçısı Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və diplomatik nümayəndəliyin əməkdaşları ilə birgə Tblisidə Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla anıb.

Eldar Əzizov səfər çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə görüşüb. Tbilisi meriyasında baş tutan görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında sıx dostluq və qardaşlıq münasibətlərini vurğulayıblar.

K.Kaladze BŞİH başçısını Tbilisidə salamlamaqdan məmnunluq duyduğunu bildirib, xalqlarımız arasında mövcud qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verməyə hazırlıq ifadə edib. O, Eldar Əzizovun sabah iştirak edəcəyi Tbilisoba şəhər bayramı çərçivəsində keçiriləcək tədbirlərdən xoş təəssüratlarla ayrılacağına ümid etdiyini vurğulayıb.

Tbilisi meri ilə görüşdən şad olduğunu bildirən BŞİH başçısı Bakı və Gürcüstan paytaxtları arasında son dövrlərdə qardaşlıq əlaqələrinin möhkəmlənməsini sevindirici hal adlandırıb. Eldar Əzizov ötən il Tbilisi merinin Bakıya baş tutmuş səfərini xatırladaraq, bu səfərin qarşılıqlı əlaqələrin inkişafına böyük təkan verdiyini bildirib. O qeyd edib ki, Bakı-Tbilisi əməkdaşlığının inkişafı üçün bir sıra imkanlar mövcuddur.

BŞİH başçısı Azərbaycan və Gürcü xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin əsrlərə söykəndiyini, iki dövlət arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəyə yüksəldiyini qeyd edib. Eldar Əzizov Kaxa Kaladzeni Tbilisoba bayramı münasibətilə təbrik edib, şəhər festivalında iştirakından məmnunluğunu bildirib.

Görüşdə Bakı və Tbilisi arasında əlaqələrin gücləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

BŞİH başçısı bu gün, həmçinin Tbilisinin “Qəhrəmanlar meydanı”nda Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil qoyub.

Mehman
Xəbəri paylaş