Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, 3 850 mənzil şəhid ailələri və müharibə əlillərinə, 264 avtomobil müharibə əlillərinə təqdim edilib.
Bu barədə Newscenter.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Ümumilikdə ötən dövrdə 12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7 500 müharibə əlili avtomobillə təmin edilib.