Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin nüvə silahına əl atacaq?

Putin nüvə silahına əl atacaq?


Düşünürəm ki, Putin taktiki nüvə silahına əl atacaq... Sayılı günlər, bəlkə də aylar qalır... Hətta Avropa liderlərinin cinayətkar soyuqqanlığına heyrət edirəm. Ukrayna onsuz da batıb, ABŞ isə uzaqdadır. Taktiki raketlər (300 km) Amerikaya çatmayacaq, amma Avropanın anasını ağlar qoyacaq. Putin çox qətiyyətli, söhbət öz maraqlarından gedəndə isə, dəhşətli adamdır. Uzağa getməyin, ona çörək verən Sobçakın, Çubaysın, hakimiyyətə gətirən Berezovskinin, Xodorkovskinin taleyinə baxın, görün hardadırlar... Mən isə Putinin nə qədər qətiyyətli və dəhşətli adam olmağundan danışım...

Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Rusiyanın 1995 – 2000-ci illərdə baş prokuroru Yuri Skuratov olub. Tananmış alim, hüquq elmləri doktoru olan bu adam korrupsiyaya qarşı sərt mübarizə aparırdı. Bu da Boris Yeltsinin o vaxtkı favoritləri – Çubaysın, Nemtsovun və Berezovskinin xoşuna gəlmirdi.Yeltsin Skuratovu yanına çağırır və “ərizə yazmağı” əmr edir. Skuratov qətiyyətlə imtina edir və məni “Federasiya Şurası (Parlamentin yuxarı palatası – Q.A) təsdiq edib” deyir. Amma bu, baş prokurora baha başa gəlir. FSB dərhal Skuratov haqqında biabırçı video hazırlatdırır və TV kanallarında yayır...

B. Yeltsin bundan bir neçə gün sonra baş nazir S.Stepaşini və FSB-nin sədri V. Putini dəvət edir və onların yanında Y.Skuratovu qəbul edir. Y.Skuratov sonradan verdiyi müsahibələrinin birində bu görüşü belə xatırlayır: “Mən yenidən ərizə yazmaqdan qətiyyətlə imtia etdim və fikrimi Boris Nikolayeviçin üzünə dedim. Dedim ki, biabırçı videodakı da mən deyiləm, bu, montajdır... Stepaşini gözləri bərəlmişdi, yerindən tərpənmirdi. Putin sakitcə yerindən durdu və mənə yaxınlaşdı. Əlini arxasına atıb “Steçkin” tapançası çıxardı, “3-ə qədər sayıram” dedi. Bu balaca, qıvraq adamdan heç kim bu qətiyyəti gözləmirdi. Hamı elə bildi ki, zarafat edir... Amma Putin “2” sayında havaya bir güllə atdı. Prezident Sarayında, Prezidentin yanında...

Hamı başa düşdü ki, Putin zarafat etmir. Mən sakitcə oturdum, Stepaşinin mənə uzatdığı kağızı və qələmi aldım, ərizə yazdım. Doğrudur, səhəri gün ərizə yazmadığımı dedim, ərizədən imtina etdim. Amma məni eşidən olmadı...” Bəli, dostlar, Skuratov getməsəydi, Putin gedəcəkdi. Çünki, biabırçı videonu FSB hazırlatmışdı, FSB-yə də Putin rəhbərlik edirdi. Putin isə, yuxarıda qeyd edildiyi kimi, çox qətiyyətli, söhbət öz maraqlarından gedəndə isə, dəhşətli adamdır.

Bəli, Putin taktiki nüvə silahından istifadə edəcək və heç kim onu saxlaya bilməyəcək... Təbii ki, layiqli cavabı da veriləcək. Odur ki, ABŞ və Avropa Birliyi ehtiyat tədbirləri görür, öz vətəndaşlarını Rusiyadan təcili çıxarır...

Qalib ARİF
Xəbəri paylaş