Azərbaycanın Şuşa və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıb.
Newscenter.az xəbər verir ki, sentyabrın 30-da paytaxt Sofiyada iki şəhər arasında qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Veliko Tırnovo şəhərinin meri Daniel Panov imzalayıblar.