Azərbaycanda əlilliyə və yaşa görə pensiya alanların sayı 44,3 min azalıb.
Newscenter.az-ın xəbərinə görə, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Qeyd edilib ki, orta aylıq pensiya məbləğinin dəyişməsinə təsir edən amillərdən biri də pensiyaçıların say göstəricisidir. Cari ilin 1 yanvar tarixinə tərtib edilmiş statistik hesabata əsasən ölkə üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200,5 min nəfər olmuşdur ki, bunun da 707 min nəfəri yaşa görə, 347,3 min nəfəri əlilliyə görə və 146,2 min nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərdir.
İyulun 1-nə tərtib edilmiş statistik hesabatda isə ümumi pensiyaçıların sayında 41,3 min nəfər, yaşa görə pensiya alan şəxslərin sayında 6 min nəfər, əlilliyə görə pensiya alan şəxslərin sayında 38,3 min nəfər azalma, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sayında isə 3 min nəfər artım qeydə alınıb.