Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük noyabr hay faşizminin kapitulyasiyasıdır-VAQİF ABDULLAYEV YAZIR

Böyük noyabr hay faşizminin kapitulyasiyasıdır-VAQİF ABDULLAYEV YAZIR


Cənubi Qafqazın son 200 illik təqvimində bir neçə xüsusi Tarixi Günü unutmaq mümkün deyil. May, Fevral, Noyabr ayları tariximizin qan yaddaşında 2 əsrdən artıqdır ki, dərin iz salmışdır.

May ayında Kürəkçay müqaviləsinin imzalanması ilə Azərbaycanın kürəyinə xəncər saplanıb, Qarabağda erməni terrorizmin əsası qoyulub.

Fevral ayında isə “Gülüstan” müqaviləsinin imzlanması isə Bütöv Azərbaycan dövləti ikiyə bölünüb, tarixi torpaqlarımızın yarısı Fars rejiminə tabe etdirilib, əzəli torpaqlarımız böyük bir hissəsi olan Zəngəzur, İrəvan, Basarkeçər, Qarakilsə, Dilican, Keşişkənd, Zəngibasar, Karvansara, Dəvəli, Üçkilsə, Göyçə vəhşi hay tayfalarının kütləvi köçü nəticəsində əlimizdən alınıb. Bununla da 200 il əvvəl əzəil Azərbaycan ərazilərində saxta erməni dövlətinin, qaniçən və terrorçu bir tayfanın təməli qoyulub. Böyük şairimiz Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasında qeyd etdiyi kimi “Matəmi başlandı böyük bir elin”.

Hay tayfalarının Azərbaycan torpaqlarında özlərinə yer etməsindən sonra Cənubi Qafqazda sabitlik, firavan həyat, əmin-amanlıq, dinc həyat ritmi də pozululub. Ermənilər əsil murdar simalarını göstəriblər, azərbaycanlılara qarşı soyqırımlar törədilib, bu qədim torpaqların əsil sahiblərləri evindən didərgin salınıb, ermənilər onlara aid olmayanalara şərəfsizcəsinə sahib çıxıblar.

“Arxalı köpəklər” illər keçdikcə daha da azğınlaşdı, daha böyük terror, qırğınlar törətdi, Qarabağı və ətraf 7 rayonu işğal etdilər, 1 milyon soydaşımız evindən didərgin salındı. Zəngin mədəniyyətimiz, tarixi abidələrimiz məhv edildi, dini inanclarımız təhqir olundu, ermənilər islama xəyanət etmiş fars mollakratiyası ilə birgə Qarabağı taladı, məscidlərdə donuz saxladı, heysiyyatımıza toxundu, neçə minillik irsimizi silməyə çalışdı.

Hay faşizmi ATƏT-ə, bəzi beynəlxalq təşkilatlara güvənərək Azərbaycan torpaqlarında “əbədi işğal”ı davam etdirəcəklərinə arxayın idilər. Onlar unutmuşdular ki, Azərbaycan bu işğalla heş vaxt barışmayacaq, öz ərazi bütövlüyünü təmin etmək, haqq-ədaləti bərpa etmək üçün çox gözləməyəcək.

Qisas qiyamətə qalmadı. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin Möhtəşəm Gücü ilə 44 günlük Vətən Müharibəsində terrorçu Ermənistanın 200 illik işğalçılıq və faşizm siyasətinə son qoydu, region üçün təhlükəli olan hay terrorizmini, ideologiyasını məhv etdi.

Cənab İlham Əliyev 200 illik Milli Ləyaqətimizi, Qürurumuzu bərpa etdi.

Böyük Noyabr Hay Faşizminin Kapitulyasiyasıdır. Bu kapitulyasiya Ermənistan üçün tarixi dərsdir.
Əgər erməni faşizmi bir daha baş qaldırsa Böyük Noyabrdan sonra Təqvimdə yeni Gün də yazılacaq. Bu isə Ermənistanın tarixdən və təqvimdən birdəfəlik silinməsi ilə nəticələnəcək.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş