“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışacaq”.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, “Taxıl sazişi”nin davam etməsi üçün problemlər həll edilməlidir.
M.Çavuşoğlu söyləyib ki, rəsmi Ankara məsələ ilə bağlı səylərini davam etdirir.