Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Faiq Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri ilə görüşüb

Səfir Faiq Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri ilə görüşüb


Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte ilə görüşüb

Newscenter.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında arasında prioritet sahələr üzrə əməkdaşlıq istiqamətində layihə və təşəbbüslər, əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səfir F.Quliyev Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu və məqsədyönlü siyasət, eləcə də son illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycanda maliyyə sabitliyi və iqtisadi artımın təmin olunduğunu, əhalinin rifah halının yüksəldiyini, bütün istiqamətlərdə əhəmiyyətli irəliləyişlərin əldə edildiyini vurğulamışdır. Bu xüsusda, səfir ölkəmizin beynəlxalq maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa önəm verdiyini, qurumun maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı xanım İvana Duarte Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın mövcud vəziyyəti, prioritet sahələr üzrə layihə və təşəbbüslər barədə məlumat vermiş, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşmüşdür. O, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycanda bir sıra sahələrdə layihələrin həyata keçirdiyini, o cümlədən neft-qaz, həmçinin, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın, dövlət-özəl sektor tərəfdaşlığı, bərpa olunan enerji, maliyyə sektorunun inkişafı istiqamətində texniki yardımlar və məsləhət xidmətlərinin göstərildiyini söyləyərək, Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında investisiya-məsləhət xidmətləri sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar olduğunu bildirmişdir. Bu kontekstdə, İ.Duarte Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması istiqaməti üzrə ölkəmiz ilə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, o cümlədən özəl sektorun maliyyəyə çıxış imkanlarının artırılması, rəqəmsal iqtisadiyyat, iqlim dəyişikliyi, mühüm infrastruktur layihələri və ixrac yönümlü sahələri dəstəkləmək üçün investisiya və məsləhət xidmətləri göstərməyə hazır olduğunu qeyd edib.

Mehman
Xəbəri paylaş