Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Newscenter.az xəbər verir ki, test imtahanının nəticələrinə əsasən, 37 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün dəvət edilib. Müsahibədə ümumilikdə 35 nəfər iştirak edib.

Müsahibə zamanı namizədlərin vəzifə üzrə praktik bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

Qeyd edək ki, 08.05.2017-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müəssisələrdə vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

R.Mehdiyeva
Xəbəri paylaş