Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilən tədbirlər nəticəsində ümumi dəyəri təqribən 937 min 318 manat оlan qaçaqmal, о cümlədən spirtli içki və tütün məmulatları saxlanılıb.
Bu barədə Newscenter.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 39 kq 036 qram narkоtik vasitə, 759 ədəd psixotrop həblər aşkarlanaraq götürülüb.